Baş nazirliyin əməkdaşı Ermənistandan qovulub

Ermənistanın baş nazirlik işçisinin dövlət təhlükəsizliyinə təhdid olduğu nəzərə alınaraq respublikaya girişinə icazə verilməyib. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə aysor.am saytının sorğusuna cavab olaraq Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat verib.
Milli Təhlükəsizlik Şurasından verilən açıqlamada qeyd olunur ki, sözügedən şəxsin Ermənistan Respublikasının ərazisinə girməsinə qadağa qoyulub.

Qeyd edək ki, bir müddət əvvəl Andranik Ovannisyan özünün Facebook səhifəsində yazmışdı ki, iş gəzintisindən qayıdarkən İrəvandakı “Zvartnos” hava limanında sərhədçilər onu saxlayaraq, Ermənistanda yaşayış icazəsini əlindən alaraq əvvəllər yaşadığı Rusiyaya sürgün ediblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...