Senatda qoyulan veto ermənilər üçün ən böyük zərbədir

ABŞ-Türkiyə sazişi Senatda soyqırım qətnaməsinin qəbul edilməsinə mane olur. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistanın Milli Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan deyib.

İnstitutun direktoru vurğulayıb ki, qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul edilməsinə maneçilik heç də təsadüfi deyil və senator Lindsi Qremin Donald Trampla birgə Türkiyə lideri ilə Ağ Evdəki görüşdə iştirakı buna əsas yaradıb. Safrastyanın sözlərinə görə ABŞ-ın Yaxın Şərq və Suriyada strateji proqramlarının həyata keçirilməsi üçün Türkiyənin əhəmiyyəti nəzərə alınıb. O, bu qətnamə ilə bağlı sonrakı məhkəmə işlərinin əngəllənməsini ABŞ və Türkiyə arasında növbəti sövdələşmə adlandırıb.
Oktyabrın 29-da ABŞ Nümayəndələr Palatası qondarma Erməni Soyqırımını tanıyan bir qətnamənin lehinə səs versə də senatda cənab Qrem, Osmanlı İmperiyasındakı Erməni Soyqırımı ilə bağlı sonrakı qətnaməyə veto qoyması ermənilərin arzularını ürəklərində qoyub və Ermənistanın Milli Akademiyasının Şərqşünaslıq İnstitutunun direktorunu da narahat edən məhz budur. Senatda qoyulan veto ermənilər üçün ən böyük zərbədir ki, bu hələ də həzm olunmur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə