"Tarix Dünya dini liderlərinin II Bakı sammiti ilə bağlı öz sözünü deyəcək"

"Tarix Dünya dini liderlərinin II Bakı sammiti ilə bağlı öz sözünü deyəcək. Sammit millətlərin, xalqların daha da yaxınlaşmasına kömək edəcək". SİA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Dünya dini liderlərinin II Bakı sammitinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, belə bir Zirvə görüşünün ərsəyə gəlməsi çox ağır məsələ idi: "Tədbir Prezident İlham Əliyev, Birinci-vitse prezident Mehriban xanım Əliyevanın köməyi ilə ərsəyə gəlib. Bununla yanaşı Təşkilat komitəsi, Dinu Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən sammitin reallaşması istiqamətində böyük işlər görülüb. Din xadimi kimi olaraq hər kəsə təşəkkür edirəm".

QMİ sədri əlavə edib ki, bu cür sammitlərin keçirilməsi vacibdir: "Hesab edirəm ki, belə konfranslar bundan sonra da ikeçiriləcək. Çünki dünyada belə konfranslara ehtiyac var".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə