"Çiçəklənən Ermənistan" radikal müxalifət partiyasına çevrilir" "HRAPARAK"

“Hraparak” qəzetinin yazdığına görə, son vaxtlar hakimiyyətlə “Çiçəklənən Ermənistan” partiyası arasındakı münasibətlər dərin səbəblərə söykənir. SİA adıçəkilən erməni nəşrinə istinadən xəbər verir ki, “Çiçəklənən Ermənistan” partiyası xarici siqnal alıb ki, təşkilat radikal müxalifət partiyasına çevrilsin. Nəşr iddia edir ki, həmin siqnal xüsusilə Rusiyadan gəlib.

“Hazırda Rusiyaya lazımdır ki, Ermənistanda güclü müxalifət yaradılsın. Bu siqnaldan sonra “Çiçəklənən Ermənistan” partiyası öz mövqeyini sərtləşdirib. Bunun ilk görüntüsünü biz dünən parlament spikerinin

təhlükəsizlik şurasının iclaslarında iştirakı layihəsinə qarşı yekdilliklə əleyhinə səs verilməsində gördük. Bundan əlavə onlar bəyan ediblər ki, hökumət tərəfindən təqdim ediləcək 2020-ci ilin dövlət büdcəsi layihəsinə qarşı da səs verəcəklər”, “Hraparak” yazıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə