Rusiya Ermənistanla razılaşmadan imtina edir

Rusiya dəmir yolu şirkəti Ermənistanla güzəşt idarəetmə razılaşmasını vaxtından əvvəl ləğv etməyə çalışır. SİA Ermənixtana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Rusiya dəmir yolları, törəmə şirkəti ilə əlaqəli cinayət işini "şirkətin gələcək işinə ciddi maneə" hesab edərək, Ermənistanla güzəşt idarəetmə razılaşmasını ləğv etmək niyyətindədir.

Məlumatda deyilir ki, Rusiyanın dövlət müəssisəsi bəyan edib ki, məhkəmə təqibləri və axtarışlar Ermənistan hakimiyyəti ilə “gərginliyi qızışdırıb”. Həmçinin qeyd olunur ki, məlumatı Rusiya Nəqliyyat Nazirliyi də təsdiqləyib.
İrəvanın 2018-ci ilin avqustunda başlatdığı məhkəmə iclası çərçivəsində şirkətin qərargahında "təxminən 19 min dollar məbləğində vergidən yayınma şübhəsi ilə" axtarış da aparılıb. Cənubi Qafqaz Dəmir Yolu həmçinin hüquq-mühafizə orqanları tərəfindən sənədlərin müsadirə olunduğu barədə də xəbər verir.
Dekabr ayında verdiyi rəsmi açıqlamada, İstintaq Komitəsi bəyan edib ki, şirkətin son 10 ildəki fəaliyyəti ilə əlaqədar istintaq başladılıb. Lakin rəhbərlik iddiaları "əsassız" kimi rədd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...