Təhmasib Novruzov: “Əli Kərimli xəyanətkar fəaliyyəti ilə pul qazanmağa çalışır” RƏY-ÖZƏL

“Sualınızın sonundan başlamaq istərdim. Əli Kərimlinin bu qeyri-konstruktiv, anti-dövlət fəaliyyətinin arxasında çox maraqları var”. Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib. Onun sözlərinə görə, Ə.Kərimli xəyanətkar fəaliyyəti ilə pul qazanmağa çalışır: “Bu adam siyasətçi deyil, siyasi biznesmendir, daha dəqiq desək, siyasi dəllaldır. Yəni pul qazanmaq xatirinə bu adamın doğmalarına da, yaxınlarına da, dostlarına da, milli və dövlətçilik maraqlarına da arxa çevirdiyinin dəfələrlə şahidi olmuşuq. Əvvəllər təkcə xaricdəki anti-Azərbaycan qüvvələrdən külli miqdarda maliyyə qoparıb vətəndaşı olduğu ölkəsinin maraqlarını qurban verən bu adamın indi yeni maliyyə bulağı açılıb. İndi həmin xarici qüvvələrlə yanaşı ölkədə müəyyən vəzifələr tutmuş, korrupsiyaya qurşandığına, şəxsi maraqlarını xalqın və dövlətin maraqlarından üstün tutduqlarına görə vəzifələrindən uzaqlaşdırılmış eks-məmurların da korrupsiyadan əldə etdikləri milyonlardan pay alırlar. Bu, mənəviyyatsızlığın növbəti raundudur. Yəni ölkə başçısı xalqa xidmət etməyən, əksinə, xalqın zərərinə çalışan məmurlardan ölkə hakimiyyətini təmizləyir, özünü siyasi opponent adlandıran Əli Kərimli və onun kimilər dünənə kimi olmazın təhqirlərini söylədikləri həmin adamlarla iş birliyi qurur. Məncə bunun siyasətdə adı yoxdur və bu, ancaq və ancaq mənəviyyatın aşılanmasının ən son göstəricisidir. Onun çıxışlarına, müsahibələrinə, nə qədər ağrılı olsa da, mən də qulaq asıram. Dediklərinin içində bir kəlmə olsun xalqın rifahının yaxşılaşmasına, ölkədəki problemlərin həllinə yönəlik söz tapmaq mümkün deyil. Bu isə, hər şeydən əvvəl Əlinin özünü uçurumun son addımlığına sürükləyir”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə