Təhmasib Novruzov: “Xalq müxalifətin xarici maraqlı dairələrin əlində alət olduğunu bilir” RƏY-ÖZƏL

“Təbii ki, təkcə indi deyil, artıq uzun illərdi ki, biz müxalifət düşərgəsini təmsil edən şəxslərin Azərbaycan atributlarını təhqir edən, milli hissiyyata toxunan şər və böhtan xarakterli məlumatların yaymağının şahidi oluruq”. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib. Onun sözlərinə görə, Azərbaycanda gedən inkişafdan, müsbət dəyişikliklərdən sanki bu adamların xəbəri yoxdur: “Sanki, bu adamlar ayda, marsda yaşayırlar və Azərbaycanda gedən bu proseslərdən heç bir məlumatları yoxdur. Ancaq və ancaq xaricdən verilən sifarişlərə istinad edərək Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Birmənalı şəkil də demək olar ki, Azərbaycan cəmiyyəti üçün adları çəkilən bu şəxslərin dedikləri fikirlərin əhəmiyyəti yoxdur. Çünki, xalq müxalifətin xarici maraqlı dairələrin əlində alət olduğunu bilir. Bu baxımdan bunların nə etməsindən və nə istəməsindən asılı olmayaraq, heç vaxt onların Azərbaycan dövləti ilə bağlı məkrli planları baş tutmayacaqdır. Sadəcə olaraq, müxalif şəxslərin bu cür hərəkətlərə əl atması iyrənclik, Azərbaycan dövlətinə, xalqına qarşı yönəlmiş şərəfsizliyidir”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...