Ermənistanda hakimlərə təsir planlaşdırılır

Ermənistanda güc strukturlarının köməyi ilə hakimlərə təsir etmək istəyirlər. SİA-nın məlumatına görə, bu barədə Jamanak qəzeti yazır ki, Ermənistanın güc strukturlarına hakimlərin istefaya getməsini təmin edən metodların tapılması tapşırığı verilib.

“Söhbət daşınan və daşınmaz olmaqla onların əmlaklarından gedir. Baş nazir Paşinyanın çağırışını təqib edən və istefa məktubu təqdim edən ən azı bir neçə hakim tapmaq lazımdır. Hərçənd hakimlər o qədər sadəlövh, avam deyillər ki, bütün əmlaklarını öz adlarına sənədləşdirsinlər”, - qəzet yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...