"Jurnalistlərin səfərlərində obyektivlik olunacağı inandırıcı deyil" ÖZƏL-MÖVQE

“Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri zamanı erməni jurnalistlərin ölkəmizə gəlib hər şeyi obyektiv şəkildə söyləyəcəkləri sual altında olan məsələdir. Yəni birdən-birə buna inanmaq və güvənmək mümkün deyil”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

“Amma doğurdan da belə səfərlərin təşkili üçün imza atılarsa, beynəlxalq jurnalist təşkilatlarından məsələn, Beynəlxalq Jurnalistlər Federasiyası, eləcə də ATƏT-in Media Azadlığı üzrə nümayəndəliyi burada qarant təşkilat kimi çıxış edə bilər. Həmçinin o səfərlərə cəlb ediləcək jurnalist qrupları ilə bağlı bəlli bir çərçivə sazişi imzalana bilər. Bu saziş nədən ibarətdir? Beləki Ermənistana getmiş azərbaycanlı jurnalistlər orada gördüklərini obyektiv işıqlandırırlar, eləcə də Azərbaycana gəlmiş erməni jurnalistlər hər şeyi obyektiv işıqlandırırlar. Belə olacağı təqdirdə mən əminəm ki, Ermənistanda Azərbaycanla bağlı ictimai rəyin dəyişməsinə çox ciddi töhfə veriləcək. Bilirsiniz niyə? Sadəcə olaraq Bakıya gəlib buranın görüntülərini çəkib Ermənistanda göstərsələr, bu bizə yetəcək. Onlar Bakını Yerevanla müqayisə edib görəcəklər ki, 30 ildə onlar nə günə düşüblər və biz nələri qazanmışıq. Ümumiyyətlə bunun geniş təbliğatı ilə bağlı Ermənistanda heç bir iş aparılmır”-deyə, A.Həsrət fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...