"Forum Azərbaycana uğur gətirən möhtəşəm bir tədbirdir" ÖZƏL-RƏY

“VII Qlobal Bakı Forumu artıq dünyada tanınmış bir əhəmiyyətli tədbirdir. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Forumda nüfuzlu şəxslərin iştirak etməsi tədbirin artıq dünyada böyük əhəmiyyət kəsb etməsinin sübutudur: “Forumda 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir. Bu onu göstərir ki, Azərbaycan ərazisinə və əhalisinin sayına görə o qədər də böyük ölkə olmasa da, bu gün dövlətimizin dünyada baş verən proseslərlə, aparılan dialoqlarla, həmçinin digər proseslərlə bağlı mövqeyi həlledici mövqe kimi tanınır".

Deputat vurğulayıb ki. Azərbaycan bu cür möhtəşəm tədbirlərə ev sahibliyi etməklə öz fikrini, həqiqətlərini dünya ictimaiyyətinə çatdırır: "Azərbaycan artıq dünyada istiqamət göstərməyi bacarır, yeni dünyanın necə olması, yeni nəslin necə formalaşması barədə mövqeyini bildirir, xalqlar, dinlər, mədəniyyətlər arasında yaxınlaşmaları, birgəyaşayışın necə təmin olunmasının nümunəsini göstərir".

E.Məmmədov hesab edir ki, VII Qlobal Bakı Forumu Azərbaycana beynəlxalq səviyyədə uğur gətirən bir möhtəşəm tədbirdir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...