Zimbabve niyə Azərbaycanı seçir? - ŞƏRH

Zimbabve Prezidenti Emmerson Mnanqaqva xarici səfəri çərçivəsində MDB ölkələri sırasında məhz Azərbaycan, Rusiya, Belarus və Qazaxıstanı seçmişdir. Zimbabve tərəfi bu ölkələrin MDB məkanında ən yüksək inkişaf göstəricisinə malik olduğunu nəzərə alaraq, təcrübə mübadiləsinin aparılması, yeni iqtisadi və ticarət əməkdaşlığı imkanlarının araşdırılması və sərmayələr üçün bu ölkələri seçmişdir.

Səfərdən öncə Zimbabve Prezidentinin mətbuat katibi açıqlama ilə çıxış edərək bildirmişdi ki, Azərbaycan və Qazaxıstan enerji resursları ilə zəngin, ən sürətlə inkişaf edən ölkələrdən biridir. Bu ölkələr həmçinin, mədən, enerji və turizm baxımdan da maraq kəsb edir.

Zimbabve təbii resurslarla, o cümlədən 60-dan artıq mineral növləri ilə zəngin olsa da, inkişaf baxımdan bir sıra ciddi problemlərlə üzləşmişdir. Müstəmləkə siyasəti, xarici asıllıq, daxili işlərə müdaxilə edilməsi və siyasi təzyiqlərin göstərilməsi Zimbabvenin sosial-iqtisadi problemlərinin daha da dərinləşməsinə xidmət etmişdir.

Bu baxımdan Zimbabve tərəfi Azərbaycanın düzgün idarəçilik təcrübəsinə, milli maraqları əsasında müstəqil siyasət yürütməsinə, struktur xaraketrli, həmçinin, iqtisadi və sosial islahatlar praktikasına ciddi maraq göstərir.

Azərbaycanın mədən sənayesini effektiv şəkildə idarəetməsi, neft-qaz sektorundan əldə edilən gəlirlərin şəffaflığını təmin etməsi və iqtisadiyyatın digər sektorlarına düşünlümş şəkildə investisiyaların qoyulması, ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorununun, nəqliyyat infrastukturunun və kənd-təsərrüfatının inkişafı, 100 faiz savadlılığa nail olunması və digər sahələrdə olan nailiyyətlərimiz maraqlı nümunə kimi qəbul olunur. Bu xüsusda, Zimbabve daxil olmaqla, əksər Afrika ölkələri tərəfindən Azərbaycanın BMT tərəfindən müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirməsi sahəsində əldə etdiyi nailiyyətləri uğurlu təcrəbə kimi nəzərdən keçirilir.

Təsadüfi deyildir ki, Afrika İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın ASAN xidmət təcrübəsinin Afrika İttifaqının mənzil qərargahında təqdimatı keçirilmişdir.

1960-1990-cı illərdə Afrika ölkələrindən olan 7000-8000 tələbə Azərbaycanda təhsil almışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətləri, o cümlədən Afrika ölkələri üçün Azərbaycanda təhsil almaq üçün təqaüdlər ayrılmışdır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi Afrika ölkələrində davamlı inkişafa xidmət edən layihələr həyata keçirmişdir.

Zimbabve Qoşulmama Hərəkatında fəal olan ölkədir. 2019-2022-ci illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcəkdir və 2019-cu ilin oktyabr ayında Qoşulmama Hərəkatı üzv dövlətlərinin zirvə toplantısı Azərbaycanda keçiriləcəkdir. Zimbabve Qoşulmama Hərəkatının fəal üzv ölkələrindən biridir.

Azərbaycan beynəlxalq münasibətlərdə xoşməramla çıxış edir, davamlı inkişafa töhfə verir və öz uğurlu idarəçilik təcrübəsini inkişaf etməkdə olan və ya az inkişaf etmiş ölkələrlə bölüşməyə hazırdır. Etiabrlı, ləyaqətli və beynəlxalq münasibətlərin məsuliyyətli üzvü olaraq, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır

Bütün xəbərlər Facebook səhifəmizdə