“Xəccə də Mehmanın “qatığ aksiyası”na qoşulur” - KEÇMİŞ DEPUTAT

“Azərbaycan müxalifəti demokratik mübarizə üsulları sayılan mitinq, piket və s. onsuz da urvatdan salmışdı. Bu sıradan ən təsirli vasitə saylan aclıq aksiyasını da oyuncağa çevirdilər”. SİA xəbər verir ki, bu haqda sabiq millət vəkili, tanınmış telejurnalist Etibar Hüseynov Facebook sosial şəbəkəsində “araşdırmaçı jurnalist” Xədicə İsmayılın eyniadlı şəbəkə vasitəsi ilə sabahdan “aclıq aksiyası” keçirəcəyi ilə bağlı statusuna cavab olaraq yazıb.

Etibar Hüseynov bloqer Mehman Hüseynovun “aclıq aksiyasının” ifşasından sonra, yəni onun heç də aclıq aksiyası keçirmədiyi öz dili ilə etiraf edildikdən sonra, Xədicə İsmayılın da saxta “aclıq aksiyası” keçirəcəyinə eyham vurub. “Bu gün Xəccə xanım da Mehmanın “qatığ aksiyası”na qoşulur”, deyə yazan telejurnalist həmçinin X.İsmayılın fürsətdən istifadə edərək, “dieta” saxlayacağına da ironik münasibət sərgiləyib: “Yəqin ki, haradasa bir 3-5 ay da bu (X.İsmayıl-R.N.) “dieta” tutat...Ruslar demişkən, Doktor Xayder otdıxayet (Doktor Hayder dincəlir-R.N.)

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə