İrəvan zooparkının keçmiş və hazırki əməkdaşları səhər saatlarından etibarən etiraz aksiyası keçirirlər. SİA-nın xəbərinə görə, etirazçılar zooparkın hazırki direktoru Ruben Xaçatryanın işdən azad edilməsini tələb edirlər. Etirazçılar fikrincə hazırki direktor heyvanları sevməməklə yanaşı, işindn biznes kimi istifadə edir.

"Ruben üçün əsas heyvanların sağlamlığı deyil, bura ayrılacaq maliyyədir",- deyə aksiya iştirakçıları bildiriblər.

Zooparkın mətbuat xidməti jurnalistlərə açıqlamasında bildirib ki, əgər etirazçıların sözylədikləri ilə bağlı faktları varsa, o zaman hüquq mühafizə orqanlarına müraciət etsinlər.

Etirazçıların əllərində "Ruben çıx get", "Heyvanları məhv etmə" və digər şüarlar var.

Qeyd edək ki, etiraz aksiyasının keçirilməsinə səbəb aslanların, antilop və zebralar daxil olmaqla, bir neçə heyvanın ölümü olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə