Ermənistanin misərimə zavodu bağlandı – 1800 nəfər işsiz qaldı

“Alaverdidə misəritmə zavodunun bağlanması barədə verilən qərar 650 nəfəri fakt qarşısında qoyub ki, onlar öz işlərini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalıblar”. SİA erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə “Daşnaksyutun”un parlamentdəki deputatı Armenui Kuregyan deyib.

Onun sözlərinə görə, əgər nəzərə alınarsa ki, bu yaxınlarda Texut yatağında da əmək müqavilələri pozulub, onda belə hesab etmək olar ki, Alaverdidə 1800 nəfərdən artıq insan öz işini itirib: “Bundan əlavə, onların aldıqları əmək haqları müqabilində pullu xidmətlər qarşılığında fəaliyyət göstərən təşkilatlar da bu mümkünlüklərini itirməli olurlar. Bu, bütünlüklə Alaverdi regionunda ciddi problemlər yaradır”.

Erməni deputatı qeyd edib ki, misəritmə zavodunun bağlanması ilə bağlı məsələ müzakirə edilərkən, belə fikirlər də səslənib ki, zavodun bağlanmasında həlledici qərarı hökumətin ekoloji normaları beynəlxalq kriteriyalarla uyğunlaşdırmağını təmin etmək tələbi dayanır. Lakin zavod rəhbərliyi buna cavab olaraq bəyan edib ki, bu qədər qısa müddətdə tələb edilən kriteriyaları təmin etməyə hazır deyil”, daşnakların nümayəndəsi deyilib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə