“Bu, Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir” AÇIQLAMA

“Son 15 ildə Prezident İlham Əliyevin apardığı milli, bəşəri və mütərəqqi siyasət Azərbaycan Respublikasını dünya miqyasında inkişaf eləmiş bir ölkəyə çevirib”. Bunu SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni Dünya İqtisadi Forumunun açıqladığı hesabatla bağlı mövqeyini bildirəkən deyib.

Onun sözlərinə görə, Azərbaycan öz açıq, bəşəri, eyni zamanda regional siyasəti ilə elan edib ki, bütün dünyaya açıq, əməkdaşlığa hazır və tərəfdaşlıq üçün ən etibarlı ölkədir: “Ölkə Prezidenti dəfələrlə vurğulayıb ki, biz nəyinki ikitərəfli formatda, həm də üçtərəfli formatda müstəqil xarici siyasət aparırıq. Aparılan düzgün xarici siyasət Azərbaycanın böyük bir gələcəyindən xəbər verir. Ölkə Prezidentinin apardığı siyasətin nəticəsi olaraq həm Şərqlə, həm Qərblə, ümumiyyətlə, dünyanın bütün ölkələri ilə, beynəlxalq təşkilatlarla əməkdaşlığın real nəticələrini bu gün görürük”.

R.Zeyni bildirib ki, bu günki güclü, qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin və ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi xeyirli, gərəkli fəaliyyətinin bəhrəsidir: “Azərbaycan dünyada mədəniyyət, turizm, iqtisadi, mənəvi-humanitar forumlar və dialoqlar mərkəzi kimi tanınır. Artıq Azərbaycan həm də vəhdət mərkəzi kimi tanınır ki, burada həm də dini nöqteyi nəzərdən müxtəlif təriqətlərin nümayəndələri vəhdət namazı qılırlar və bununla dünyaya bir örnək göstərirlər. Bunların hamısı Azərbaycan xalqı və dövləti üçün çox böyük nəticələr və nailiyyətlərdir ki, bunları bir vətəndaş, ekspert və QHT-nin nümayəndəsi kimi böyük fəxrlə qeyd edə bilərik. Dünya İqtisadi Formunun açıqladığı hesabatda Azərbaycanın ötən illərə nisbətən bu il reytinq siyahısında bir qədərdə irəliləməsi ölkə Prezidenti İlham Əliyevin apardığı siyasətin nəticəsidir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə