"XİN başçılarının görüşünə nikbin yanaşmaq olmaz" AÇIQLAMA-ÖZƏL

“Bu gün Nyu-yorkda BMT sessiyası çərçivəsində Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə nikbin yanaşmaq olmaz. Təəssüf ki, sözügedən görüş münaqişənin həllinə müsbət töhfə verməyəcək”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Görüşün formal xarakter daşıdığını deyən politoloq söyləyib ki, bunun əsas səbəbkarı Ermənistandır: “Çünki, Ermənistan münaqişənin həlli maraqlanmır və bu məsələyə ciddi yanaşmır. Azərbaycan tərəfinin problemin həlli istiqamətində atdığı addımlara baxmayaraq düşmən ölkə bütün bunlara məhəl qoymur. Hətta Rusiya və digər həmsədr ölkələr bu ərazidə münaqişənin alovlanmasına ehtiyat edir”.

Politoloq söyləyib ki, Paşinyanın başı daxili işlərə qarışıb: “Bildiyiniz kimi Ermənistanda vəziyyət çox çətindir. Belə şəraitdə Nikol Paşinyanın əsas məqsədi daxildə öz mövqelərini möhkəmləndirməkdən ibarətdir. Belə bir vəziyyətdə Ermənistandan münaqişənin həlli ilə bağlı nəsə gözləməyə dəyməz. Düşmən ölkənin nəinki təklifi yoxdur, onlar indiyədək olan təklifləri belə yaxına buraxmaq istəmir. Ermənistan hər zaman prosesin uzadılmasının tərəfdarı olsa da, məsələyə maraq göstərirdi. Lakin hazırda Ermənistan məsələyə tamamilə maraq göstərmir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə