“Çirkin adımların qarşısı ən qətiyyətli üsullarla alınacaqdır” EKSKLÜZİV

“Gəncədə baş verən terror hadisəsi dövlətçiliyimizə yönəlmiş məkirli bir plan idi. Özündə xaosu, radikalizmi birləşdirən cinayətkar ünsürlərin nəyəsə nail olacaqlarına ümid bəsləmələri yalnış düşüncə idi”. Bunu SİA-ya açıqlamasında Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Anar Sarıyev deyib.

Birlik sədrinin sözlərinə görə, qədim diyarın sakinləri gəncəlilər hər zaman olduğu kimi dövlətimizin və dövlətçiliyimizin yaninda oldular: “Cənab Prezident İlham Əliyev ötən gün respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda bir daha dövlətimizin və xalqımızın həmrəyliyi qeyd olundu və bildirildi ki, xarici ünsürlərin bu vəhdətə qarşı atacaqları çirkin adımların qarşısı ən qətiyyətli üsullarla alınacaqdır. Bu gün Azərbaycan cəmiyyəti ölkə Prezidentinin ətrafında sıx birləşmişdir. Artıq zaman o zaman deyil. Bizlər 1992-93 illəri geridə qoymuşuq. İndi yalnız çalışmalıyıq ki, dövlətimizə, xalqımıza faydalı işlərlə məşğul olaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə