Prezidentin imzası ilə Milli Məclisə 3 yeni qanun layihəsi daxil olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzası ilə Milli Məclisə 3 qanun layihəsi daxil olub. SİA-nın məlumatına görə, “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanunlarının layihəsi parlamentə Azərbaycan Prezidentinin imzası ilə daxil olub.

Qanun layihələri yaxın günlərdə Mİlli Məclisin iclasında müzakirəyə çıxarılacaq

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə