Ermənistanın Müdafiə Nazirliyi açıqlama yaydı

Ermənistanın Müdafiə Nazirliyi nümayişçilərə qoşulan sülhməramlı hərbi briqadanın bu hərəkətini qəti şəkildə pisləyib.

SİA-nın verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Məlumatda vurğulanır ki, bu cür hərəkətlər ordunun dövlətdə baş verən daxili proseslərə münasibətdə neytrallığını kobud şəkildə pozur.

Qeyd edək ki, Ermənistanda keçmiş prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı etiraz aksiyaları davam edi. Bu gün Yerevanda aksiya iştirakçılarına hərbi formalı onlarla şəxs də qatılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə