Nikol Paşinyan sərbəst buraxılıb

“Mənim addımım” hərəkatının lideri Nikol Paşinyan sərbəst buraxılıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, o, Ermənistan baş nazirinin birinci müavini Karen Karapetyanla danışıqlar nəticəsində azad edilib.

“Fəaliyyətimizin məntiqi dəyişməyib. Axşam Respublika meydanında mitinq olacaq. O vaxtadək mən şəraitlə tanış olmalıyam. Bundan sonra qərar qəbul edəcəyəm. Hərəkatın tutulan tərəfdarları azad edilməlidir”, - N.Paşinyan vurğulayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə