YAP Sumqayıt şəhər təşkilatının şura iclası keçirilib

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında təşkilatın şura iclası keçirilib. İclasda 2017-ci ildə görülən işlərə yekun vurulub və qarşıya qoyulmuş vəzifələrin icrası müzakirə olunub.

YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov ötən dövr ərzində, təşkilat tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Sumqayıt şəhər icra hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının şura üzvü Zakir Fərəcov iclasda çıxış edərək, qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir. Partiyanin yaranmasından 25 il ötdüyünü vurğulayan Zakir Fərəcov diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycanın hərtərəfli inkişafı, müasirləşməsi və Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünya birliyində mövqelərinin möhkəmlənməsi işində əldə edilmiş uğurların, məhz Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı olduğunu və YAP Sumqayıt şəhər təşkilatının qarşısında duran vəzifələrdən ətraflı söz açmışdır.

Daha sonra YAP Sumqayıt şəhər təşkilatı sədrinin təşkilati məsələlər üzrə müavini Vəzirxan Ənsərov, ideoloji məsələlər üzrə müavini Teymur Səmədov, qadınlarla iş üzrə müavini Səkinə Sadıqova, təşkilatın nəzarət-təftiş qrupunun sədri Akif Kərimov, gənclər birliyinin sədri Elvin Məmmədzadə və digər çıxışçılar ötən dövr ərzində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ilə çıxış ediblər.

Yekunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş gənclərə partiyanın üzvlük vəsiqələri təqdim edilib.

Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə