Politoloq: “Bizi qane edəcək çıxışlara rast gəlmirik” AÇIQLAMA

“Azərbaycan və Ermənistan prezidentlərinin Nyu-Yorkda görüşəcəkləri ilə bağlı məlumatlar hələlik yalnız müxtəlif KİV-də gedir. Rəsmi olaraq təsdiq yoxdur. Azərbaycan Prezidenti əgər lazım bilsə bu görüş təşkil olunacaq. Lazım bilməsə, deməli belə məsləhətdir”. Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, açığı son zamanlar istər ABŞ-dan, istərsə də Rusiyadan münaqişənin nizamlanması ilə bağlı bizi qane edəcək çıxışlara rast gəlmirik: “Baxmayaraq ki, son ayda Ermənistan ordusu təkcə Dağlıq Qarabağda yox, eləcə də digər istiqamətlərdən də bizə qarşı təxribatlar törətməyə cəhdlər edib. Buna baxmayaraq bəzi beynəlxalq dairələr cəbhədə xüsusi kameraların, elektron cihazların qoyulması, snayperlərin cəbhədən geri çəkilməsi haqqında bəyənatlar verirlər. Təbii ki, bu Azərbaycanın maraqlarına cavab verə bilməz.

Ermənistanın təxrtibatlatına gəldikdə isə, münaqişə müharibə fazasına keçərsə vəziyyət Ermənistan adlı qondarma dövlətin xəritədən silinməsinə qədər gedib çıxa bilər. Bu sıradan bir müharibə olmayacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə