UEFA Çempionlar Liqasının finalında meydana daxil olan qız cərimələnəcək

Amerikalı model və aktrisa Kinsi Volanski cərimələnəcək.

SİA xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, buna səbəb onun "Tottenhem" və "Liverpul" komandaları arasında Madriddəki "Vanda Metropolitano" stadionunda keçirilən UEFA Çempionlar Liqasının final matçında yarıçılpaq halda futbol meydançasına çıxmasıdır. Məlumata görə, Volanskinin bu addımının reklam xarakteri daşıması səbəbindən o, 15 min avro məbləğində cərimə ödəməli olacaq.

Cazibəbar xanımın üzərində "VitalyzdTV" yazılan geyimdə meydana daxil olmasından sonra sözügedən telekanalın 3.5 milyon avro gəlir götürdüyü iddia olunur.

Qeyd edək ki, həmin hadisədən sonra modelin "İnstagram"dakı izləyicilərinin sayı 2.5 milyon nəfərə çatsa da, sonradan onun hesabı bağlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə