Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi dəyişdirilib. SİA-nın məlumatına görə, idarənin rəisi vəzifəsində çalışan Elmira Əliyeva öz xahişi ilə tutduğu vəzifədən azad olunub. O, 2012-ci ildən bu vəzifədə çalışıb.

Bu vəzifəyə Merli Veyisova təyin edilib. M.Veyisova bu təyinata qədər 5 saylı poliklinikada baş həkimin müavini vəzifəsində çalışıb.

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini vəzifəsinə isə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Murad Mirzəzadə təyin edilib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini vəzifəsinə hələlik təyinat aparılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...