Hepatit A virusuna görə fövqəladə vəziyyət elan edilib

Kaliforniya hökuməti Hepatit A virusuna görə ölkədə fövqəladə vəziyyət elan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, fövqəladə vəziyyət Kaliforniya Səhiyyə İdarəsinin virusa qarşı peyvənd almaq və onları xəstəliyin geniş yayılmış ərazilərə göndərməsinə imkan verəcək.

Son 22 il müddətində hepatit A virusunun geniş yayıldığı ərazi Kaliforniya hesab olunur. Virusdan daha çox narkotik maddələrdən asılı olanlar və evsizlər əziyyət çəkir. Kaliforniya hökumətindən qeyd olunur ki, əhalinin vaksinasiya olunması eləcə də ölkədə sanitar vəziyyətin yaxşılaşdırılması virusun yayılmasının qarşısını ala biləcək ən mühüm üsuldur.

Kaliforniya Dövlət Səhiyyə Departamentinin verdiyi məlumata görə, 2016-cı ilin noyabr ayından indiyədək San-Diyeqo, Santa Kruz və Los-Anceles şəhərlərində nəfə isə ölüb.

Cari ilin avqust ayında Miçiqan ştatında 376, Koloradoda isə sentyabr ayında 120 xəstəlik halı qeydə alınıb. 4 nəfər isə ölüb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının tərifinə əsasən, hepatit A virusu qaraciyər xəstəliyidir. Xəstəliyin yüngül və ağır formaları var. Hepatit A virusuna yoluxma halı çirklənmiş qida və su istifadə etdikdə və ya yoluxmuş şəxslə birbaşa təmas zamanı baş verə bilər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə