Səhiyyə Nazirliyinin sifarişi ilə Şəmkir rayonunda yeni xəstəxana binası tikilir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, ötən ildən inşaasına başlanılan tibb ocağı 4 mərtəbədən və 7 korpusdan ibarət olacaq. Xəstəxanada 20-yə yaxın şöbə fəaliyyət göstərəcək. Ümumi sahəsi 6 ha, tikinti sahəsi isə 8 min 833 kv/m olan tikinti sahəsində bütün incəliklər nəzərə alınıb. Binada dəmir-beton işləri yeknlaşıb,daxili arakəsmə işləri bitmək üzrədir. Binanın ətrafında su çəni, qazanxana tikiləcək.

İnşaat işlərində şirkətin mütəxəssisləri ilə yanaşı ətraf rayonlardan da işçi qüvvəsi cəlb olunub. Tibb mərkəzi yaxın müddətdə istifadəyə veriləcək.

Müəllif: İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə