Qaxda biçilməmiş taxıl sahəsi yanıb

Qaxda yanğın qeydə alınıb. FHN-dən SİA-ya verilən məlumata görə, rayonun Ləkit kəndində 5 ha biçilməmiş, 15 ha biçilmiş taxıl sahəsi, 2 ton ot bağlaması və 20 ha sahədə quru ot, kol-kos yanıb. Yaxınlıqdakı taxıl sahələri və meşə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə