Lənkəranda "Son zəng"i qeyd edən məzunlar qəzaya düşüb

Lənkəran rayonunda "Son zəng"i qeyd edən məzunlar qəzaya düşüb. "Report"un Cənub Mərkəzinin məlumatına görə, hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəzaya səbəb taksi sürücüsünün nəqliyyat vasitəsi ilə təhlükəli manevrlər etməsi olub. Nəticədə M.F.Axundov küçəsi, ev 13 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Adil Məmməd oğlu Həsənzadə ağır xəsarət alıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan məzuna baş nahiyəsinin əzilməsi, sağ qulağın yerindən üzülməsi və daxili orqanların zədələnməsi diaqnozu qoyularaq Reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə zamanı avtomobildə daha üç məktəblinin olduğu, ancaq onların xəstəxanaya müraciət etmədiyi bildirilir.

A.Həsənzadənin 5 saylı tam orta məktəbin məzunu olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...