Qəbələdə yaşayış evində partlayış olub

Qəbələ rayonunda yaşayış evində partlayış baş verib. SİA-ya Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, partlayış ümumi sahəsi 240 m² olan birmərtəbəli 4 otaqlı evin zirzəmisində partlayış baş verib.

Partlayış dalğasının təsirindən evin döşəməsi dağılıb və arakəsmə divarlarında çatlar əmələ gəlib.

Yanğın hadisəsi olmayıb. Hadisə zamanı 4 nəfər xəsarət alıb. İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə