Cəlilabadda baş verən qətllə bağlı məlumat yayıb DİN

Daxili İşlər Nazirliyi (DİN) Cəlilabadda baş verən qətllə bağlı məlumat yayıb. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanvarın 13-də Cəlilabad şəhəri ərazisindən şəhər sakini Rəcəb Mirzəyevin küt alətlə döyülmə xarakterli xəsarətlə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Əziz Quliyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə