"Air China" şirkətinin Çanşadan Pekinə uçan təyyarəsi sərnişinlərdən birinin heyət üzvünü girov götürməsi səbəbindən Cıncou şəhər aeroportuna məcburi eniş edib. SİA Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, Çanşa şəhərindən 8:40-da havaya qalxan və CA1350 nömrəli reyslə uçan təyyarə cədvəl üzrə 11:00-da Pekinə çatmalı idi. Amma sərnişinlərdən birinin heyət üzvünü girov götürməsi ilə əlaqədar kapitan təyyarəni yerli vaxtla təxminən saat 10:00-da Cıncou şəhəri aeroportuna endirməyə qərar verib. Bildirilir ki, şübhəli şəxsdən başqa bütün sərnişinlər təyyarəni tərk edib. Polis qüvvələri hadisə yerinə cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...