Portuqaliyada 4.9 bal gücündə zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeraltı təkan Portuqaliyanın paytaxtı Lissabonun 101 kilometr şərqində, Evora şəhərindən 23 kilometr şimalda qeydə alınıb. Zəlzələnin dərinliyi 16 kilometr olub. Zəlzələ bir neçə dəqiqə ərzində Lissabonda da hiss olunub.

Hələlik dağıntı və zərərçəkənlər haqqında məlumat açıqlanmır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə