Lənkəranda döyülən qadınlardan biri ölüb

Lənkəranda döyülən qadınlardan biri dünyasını dəyişib. APA-nın cənub bürosunun xəbərinə görə, anası ilə birgə döyülərək xəstəxanaya yerləşdirilən Samirə Miriyeva aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Xatırladaq ki, hadisə dünən Liman şəhərində baş verib. 949-cu il təvəllüdlü Humay Qarayeva və onun qızı, 1972-ci il təvəllüdlü Samirə Miriyeva məlum olmayan şəraitdə döyülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə