Erməni əsgəri ağır vəziyyətdədir

Ermənistanda partlayış nəticəsində yaralanan əsgər Artur Danielyanın vəziyyəti ağırdır. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovhannisyan deyib.

Qeyd edək ki, əsgər dekabrın 11-də Ermənistanın dövlət sərhədinin şimal-şərq istiqamətində baş verən partlayış nəticəsində yaralanıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə