Sabirabadda mikroavtobus aşıb ölən və xəsarət alanlar var

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, sərnişin mikroavtobusu rayon mərkəzinə gedən yolda aşıb. İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

loading...