Şamaxı yolunda qəza: Yük maşını aşıb

Bakı-Şamaxı yolunun 16-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. Axar.az xəbər verir ki, Bakıdan Şamaxı istiqamətində hərəkət edən 01 BJ 562 dövlət nömrə nişanlı "Kamaz" 99 GP 739 nömrə nişanlı "Şevralet Aveo" maşınına çırpılıb. Daha sonra yük maşını beton maneəni aşaraq çevrilib.

Hadisə yerində yol polisi əməkdaşları araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə