Vergi daxilolmalarının əksəriyyəti qeyri-neft sektorundan qaynaqlanıb

Vergi sahəsində həyata keçirilən islahatlar, vergi yükünün azaldılması, qanun qarşısında hər kəsin bərabər olması, biznesin şəffaflaşdırılması, vergiödəyicilərinə münasibətlərin təbiətinin dəyişdirilməsi öz nəticələrini verməkdədir.

SİA Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzinin məlumatına istinadən xəbər verir ki, bu fikirləri vergilər naziri Mikayıl Cabbarov səsləndirib.
Ötən illə müqayisədə vergi yığımlarının əhəmiyyətli şəkildə artırılmasına nail olunduğunu söyləyən M.Cabbarov vergi daxilolmalarının tam əksəriyyətinin qeyri-neft sektorundan qaynaqlandığını diqqətə çatdırıb: “Ticarət sektoru üzrə dövriyyə təxminən 24 faiz artıb. Pərakəndə ticarətdə cəmi dövriyyə təxminən 35 faiz, ictimai iaşədə isə 15 faiz təşkil edib. Bunlar çox yüksək rəqəmlərdir. Qeyri-neft sektorunda rəsmiləşdirilmiş əmək müqavilələrinin sayı bu ilin ilk 4 ayında 58 min artıb. Bunlar əyani göstərir ki, atılan addımlar öz effektini verməkdədir”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə