Ukrayna ilə Rusiya arasında mal dövriyyəsi azalıb

2018-ci ildə Ukraynadan Rusiyaya mal ixracı 7, 2 faiz azalaraq 3,7 milyard ABŞ dolları təşkil edib.

SİA-nın məlumatına görə, bu barədə Rusiyanın İqtisadi İnkişaf və Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda daha sonra deyilir: “Ukraynadan ümumi mal ixracı dövriyyəsində Rusiyanın payı 2017-ci illə müqayisədə 7,7 %-ə qədər azalıb. 2017-ci ildə bu rəqəm 9,1 % təşkil edirdi”.

Mətbuat xidmətinin məlumatında, həmçinin qeyd edilib ki, Ukraynaya idxal gəlirlərinin ümumi dövriyyəsində Rusiya Federasiyasının payı da azalıb. Bu göstərici 2017-ci illə müqayisədə 0,3 % azalıb və 2018-ci ildə 14,2 % təşkil edib.

“Buna baxmayaraq, Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 2018-ci ildə 13,4 % artıb və 49, milyard dollar təşkil edib. 2018-ci ilin yekunlarına görə, mal dövriyyəsində Avropa İttifaqı dövlətlərinin payı 41,1 % təşkil edib” – deyə məlumatda bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...