Brent markalı neftin qiyməti bahalaşıb

Bu gün səhər saatlarından başlayaraq dünya bazarında neftin qiyməti bahalaşmağa başlayıb. SİA-nın xəbərinə görə, ötən ilin noyabrın 21-dən indiyədək Brent markalı neftin bir berelə görə qiyməti 0.66 faiz bahalaşaraq, 64.03 dollara çatıb.

WTI markalı xam neftin mart fyuçerslərinin qiyməti 0,58% artaraq, bir barel üçün 54,21 dollar təşkil edib.

Qeyd edək ki bundan əvvəl Beynəlxalq Energetika Agentliyi yanvar ayında dünyada neft tədarükünün gündə 1,4 milyon barel azalaraq 99,7 milyona çatdığını açıqlamışdı. Bu, OPEC nümayəndələri tərəfindən neft istehsalının azalması fonunda baş verib: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt.

Bununla yanaşı Agentlik ABŞ-ın sanksiyalarına görə Venesueladan xammalın tədarükünün azaldılması da neftin qiymətinə müsbət təsir göstərir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə