Çindən 7 min qutu ipəkqurdu toxumları gətirilib FOTO

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çindən iki mərhələdə 13000 (on üç min) qutu qutu yüksək keyfiyyətli hibridipəkqurdu sənaye toxumları (qrena) alınaraq aran, dağlıq və dağətəyi rayonlar nəzərə alınaraq 2 mərhələdə respublikamıza gətirilməsi nəzərdə tutulub.

Nazirlikdən SİA-ya verilən məlumata görə, bu gün ilkin mərhələdə 7000 (yeddi min) qutu yüksək keyfiyyətli hibridipəkqurdu sənaye toxumları (qrena) alınaraq respublikaya gətirilib və inkubasiya qoyulması üçün Qax Damazlıq İpəkçilik Stansiyasına yola salınıb. Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuş barama toxumlarından əldə olunacaq ipək qurdlarının bölgü əsasında respublikanın 40 rayonunun kümçülərinə əvəzi ödənilmədən paylanılması nəzərdə tutulub. Aprel ayının 24-də isə ikinci mərhələdə daha 6000 (altı min) qutu hibridipəkqurdu sənaye toxumları (qrena) gətirilərək kümçülərə əvəzi ödənilmədən paylanılacaq.

Qeyd edək ki, dövlət istehsal olunmuş yaş baramanın növündən asılı olmayaraq hər kiloqramına 5 manat subsidiya verir.

Bununla yanaşı, ölkəmizdə ipəkçiliyin inkişafının təmin edilməsində barama toxumçuluğunun təşkili üzrə infrastrukturun yaradılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, toxum zavodlarınının və kümçülərin damazlıq barama toxumları ilə təmin ediıməsi funksiyalarını həyata keçirəcək Qax Damazlıq İpəkçilik Stansiyası müasir standartlara uyğun şəkildə yenidən qurularaq bu il istifadəyə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...