Xalq yazıçısı Çingiz Abdullayev oxucularla görüşüb FOTOLAR

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, “Şöhrət” və “Şərəf” ordenli Çingiz Abdullayevin 60 illik yubileyi ilə əlaqədar oxucuları ilə görüşü keçirilib. SİA-nın məlumatına görə, görüş zamanı Ç.Abdullayev tədbir iştirakçıları ilə səmimi ünsiyyət quraraq, onlara öz həyatının və yaradıcılığının maraqlı məqamları, həyat təcrübəsi haqqında danışıb, Azərbaycan və dünya ədəbiyyatından sitatlar gətirib, onları bədii ədəbiyyat oxumağa dəvət edib. Səmimi ab-havada keçən görüşdə tanınmış yazıçı oxucuların çoxsaylı suallarını cavablandırıb, onlara öz tövsiyyələrini verib.

Sonda Xalq yazıçısı tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib , kitablarını imzalayıb və xatirə şəkilləri çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...