"Bizim xalq ədəbi dəyərlərə bağlı yaşayıb" - ÖZƏL- AÇIQLAMA

"Biizm xalqımız olduqca istedalı xalqdır. Bütün sahələrdə gənclərin istedadına şahid oluruq. Yazıçılarımızın layiqli əsərləri çoxdur. Bu əsərlərin bir çoxu müsabiqələrdə qalib olur. Lakin qalib ola bilməyən əsərlər də var. O müəlliflər qətiyyən həvəsdən düşməməlidirlər. Çünki hamıya mükafat vermək mümkün deyil. Bizim xalq ədəbiyyatla sıx bağlı xalqdır". Bu sözləri SİA-ya açıqlamasında Xalq şairi Sabir Rüstəmxanlı bildirib.

Xalq şairi əlavə edib ki, bizim xalq Azərbaycan ədəbiyyatının yetirməsidir: "Bütün ədiblərimizin yaradıcılığı bugünkü yaradıcı insanlara örnəkdir. Bizim xalq ədəbi dəyərlərə bağlı yaşayıb. Biz özümüzü və sözümüzü qorumalıyıq. Hazırkı ədəbiyyatımızda düşmən tapdağında qalan Qarabağla bağlı mövzular daim yer almaqdadır. Tariximizi yazılan əsərlərlə gələcək nəslə çatdırmaq lazımdır. Bizim ədəbiyyatımızın gələcəyinə böyük ümid var. Çünki çox istedadlı yaradıcı gəncliyimiz var".

Bütün xəbərlər Facebook səhifəmizdə