Gənc Sinemaçılar Klubunun üzvünün Kinolayihəsi beynəlxalq mükafatın qalibi olub

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvü Rüfət Kərimzadənin “Qurd” kinolayihəsi 8-ci Malatya Beynəlxalq Film Festivalı çərçivəsində keçirilmiş Film Platformasının beynəlxalq ssenarilərin inkişafına dəstək mükafatını qazanıb.

Kinostudiyadan SİA-ya bildirilib ki, film platforması Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Azərbaycanfilm” kinostudiyasının əməkdaşlığı ilə baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə