Milli Kitabxanada kitab sərgisi açılıb

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “18 oktyabr Dövlət Müstəqilliyi Günüdür” adlı kitab sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgini kitabxananın direktor müavini Ədibə İsmayılova açaraq Azərbaycanın dövlət müstəqilliyi haqqında məlumat verib. Ə.İsmayılova çıxışında: "XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci i il oktyabrın 18-də Ali Sovetin sessiyasında Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuşdur. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra Dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilmişdir." - deyə qeyd edib.

Ədibə İsmayılova diqqətə çatdırıb ki, Azərbaycan Milli Kitabxanası hər il Müstəqillik Günü ilə bağlı mütəmadi olaraq bir sıra kütləvi tədbirlər, eləcə də geniş kitab sərgisi vasitəsilə oxucuları məlumatlandırır.

Sərgidə Azərbaycanın dövlət müstəqilliyindən bəhs edən 300-ə yaxın Azərbaycan, rus, ingilis və digər dillərdə nəşr olunmuş kitablar, dövri mətbuat materialları nümayiş edilib.

Sonda iştirakçılar sərgi ilə tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə