Dünya şöhrətli kvintetin Bakıda konserti olub

Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakı Beynəlxalq Muğam Mərkəzində Rusiyanın T.Dokşiçer adına “New Life Brass” kvintetinin konserti olub. SİA-nın məlumatına görə, dünya şöhrətli “New Life Brass” kvinteti nəfəsli alətlərdən ibarətdir. 2009-cu ildə Qnesinlər adına Rusiya Musiqi Akademiyasının tələbələri tərəfindən yaradılmış kvintet müxtəlif beynəlxalq müsabiqələr və festivallarda iştirak edir. Musiqiçilərin repertuarında klassik və caz janrlarında əsərlər yer alır.

Bakılı tamaşaçılar kvintetin çıxışını böyük maraqla qarşılayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə