Əbülfəs Qarayev Yunanıstan səfiri ilə görüşüb FOTOLAR

Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev Yunanıstanın Azərbaycandakı Səfiri Nikolaos Kanellosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan və Yunanıstan arasındakı ikitərəfli mədəni və turizm əlaqələrindən söhbət açılmış, birgə əməkdaşlığın gələcəkdə də daha fəal istiqamətdə inkişaf etdirilməsi müzakirə olunub.

Nazir Əbülfəs Qarayev iki ölkə arasında bütün sahələrdə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək qeyd edib ki, Azərbaycana Yunanıstandan gələn turistlərinin sayının daha da artırılması üçün qarşılıqlı turizm təqdimatlarının keçirilməsi vacibdir. Bu müstəvidə fəaliyyət inkişafda olan turizm ölkəsi kimi Azərbaycanın daha çox tanıdılmasına xidmət edəcək. Eyni zamanda, mədəni əlaqələrin inkişafından söhbət açan Nazir, Yunanıstan nümayəndə heyətini Bakı Prosesinin 10 illik mərasiminə dəvət edib.

Səfir Nikolaos Kanellos səmimi qəbula görə təşəkkürünü bildirmiş və fəaliyyəti müddətində qeyd olunan əməkdaşlığın inkişafı üçün işlərin həyata keçiriləcəyini qeyd edib.

Daha sonra Azərbaycan və Yunanıstan arasında mühüm turizm və mədəniyyət tədbirlərində qarşılıqlı iştirak və birgə layihələrin həyata keçirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə