Pis yuxu həyatınızdan neçə il aparir?

Yuxu ilə bağlı çoxsaylı elmi araşdırmalar aparan Kaliforniya Universitetindən Professor Metyu Pol Uokerin "Biz niyə yatırıq" adlı kitabda yuxu ilə bağlı tədqiqatlar var. SİA xəbər verir ki, gündə 7- 7,5 saat yatmağın faydalıdır. Yuxusuzluq maddələr mübadiləsini yavaşladır. Eyni zamanda yuxusuzluq immuniteti zəiflədir və rus xəstəlikləri, yüksək qan təzyiqi, piylənmə, diabet, bəzi xərçəng növləri və hətta Alzheimer xəstəliyinə yol açır.

Qripə yoluxma riskinizi 3 dəfəyə qədər artıran və digər virus xəstəlikləri üçün də oxşar risklər yaradan yuxusuzluq, peyvəndlə meydana gələn immun reaksiyanı da zəiflədir və qrip peyvəndi olma ehtimalını yarıya endirir.

Uzun müddətdə bəzi xərçəng növlərinin riskini 40%-ə yaxın artırır. Hipertoniyanın inkişafına təkan verir. Ürək damarlarında lövhə əmələ gəlməsini 2-3 dəfə artırır. İnfarkt riskini 4 -5 dəfə artırır. Əvvəlcə insulin müqavimətinə,sonra isə şəkər xəstəliyinə səbəb olur.

Gecə yuxusu niyə daha dəyərlidir?
Bunun əsas səbəbi bədəndə ifraz olunan melatonin hormonu və böyümə hormonu ilə bağlıdır. Melatonin hormonu axşam saatlarında başlayan və gecə saat 02.00-03.00 arasında ifraz olunan və yuxuya getməyi asanlaşdıran bir hormon növüdür.

Bədənin inkişafını və hüceyrələrin çoxalmasını dəstəkləyən böyümə hormonunun ən yüksək nöqtələrə çatdığı dövr 23.00 və 00.00 saatlarını əhatə edən zaman intervalıdır. Buna görə də belə qənaətə gəlinir ki, saat 23.00 və 03.00 ən məhsuldar yuxu saatlarıdır.

Nəzrin Əyyublu

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə