2 ildir ki, koronavirusun məngənəsində olan dünya, son zamanlar “Omikron” ilə mübarizə aparır. Delta variantından dəfələrlə daha yoluxucu olan “Omikron” bütün dünyada kassa satışlarında ciddi artıma səbəb olur. Lakin “Omikron”un aşağı ölüm nisbəti dünyaya ümid verir. Bir çox insan bunun sürü toxunulmazlığına səbəb olacağı iddiası ilə “Omikron epidemiyanın sonunu gətirəcəkmi?” sualını verərkən, ÜST-dən yeni açıqlamalar gəlib. SİA xarici mətbuata istinadən verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Covid-19 üzrə xüsusi nümayəndəsi dr.David Nabarro, son zamanlar tez-tez səslənən “Qriplə yaşadığımız kimi biz də Covid-19 ilə də yaşamalıyıq” iddiasına cavab olaraq, “Görəsən, bu gözəl proqnozları verən insanlar mənim və ÜST-dəki həmkarlarımın bilmədiklərini nəyi bilirlər?” deyə ifadə edib.

“British Sky News”a danışan Nabarro aşağıdakı ifadələrdən istifadə edib: “Bu, hələ də çox təhlükəli virusdur. “Omikron”, həmçinin mutasiyaya uğraya və variantlar yarada bilər. Ona görə də biz demirik ki, bu, qrip və ya başqa bir şey kimi düşünülməlidir”.

Pandemiyanın sonunun Avropa ölkələri üçün göz qabağında olub-olmadığını soruşduqda, dr.Nabarro belə cavab verib: “Son görünür, amma ora çatmaq nə qədər vaxt aparacaq? Yolda hansı çətinliklərlə qarşılaşacağıq? Bunlar heç birimizin cavab verə bilməyəcəyi suallardır, çünki bu virus bizə çətinliklər və sürprizlər təqdim etməkdə davam edir”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...