Türkiyədə neft boru kəmərində partlayış baş verib

Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda neft boru xəttində partlayış baş verib.

SİA xəbər verir ki, kəmərdə baş verən partlayış səbəbindən Kahramanmaraş-Qaziantep avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb.

Əraziyə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları göndərilib.

Yerli hakimiyyət orqanları bildirirlər ki, yanğının sabaha qədər davam edəcəyi gözlənilir.

"Yaşayış məntəqələri ilə bağlı risk yoxdur və şükürlər olsun ki, insan itkisi yoxdur. İnşallah heyətimiz tezliklə yanğını söndürər", - deyə Kahramanmaraş Valisi Ömer Faruk Coşkun deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...