“Erməni xisləti... doğurdan da, danılmaz xislətdir”...

…Deməli, artıq Nyu-Yorkda, BMT Baş Assambleyasının 76-cı sessiyası işini başa vurmaq üzrədir. Məlum olduğu kimi, sessiyanın əsas mövzulardan biri pandemiyanın nəticələrinin aradan qaldırılması idi.

Beləliklə, sessiyanın ümumi debatında çıxış edən Ermənistan baş naziri Nikol Paşinyan koronavirus və pandemiyaya qarşı mübarizə haqqında bir söz deməyib. Sən demə Ermənistanda bu sahədə işlər “yağ kimi” gedirmiş, yəni bu gün ermənilərin xəstəsi-zadı yoxdur, hamısı “qoz” kimidir deyə bu məsələdən yan keçmək olar, amma... əvəzində Nikol Vovanoviç erməni siyasəti tərəfindən dəyişməz olaraq elan edilən üç əsas tezisdən danışıb...deməli:

“...Azərbaycan Qarabağ münaqişəsində insanlığa qarşı düşünülən və ağlasığmaz bütün cinayətləri törədən bir şərdir";

“...Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək haqqı var”,

“...Ermənistan ədalətin qarantıdır, konstruktiv dialoqun və nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır”.

...Deyirəm, adamın bir üzü olar, bir də... Amma bu gün ermənilərin əməlləri tutduğunu buraxmayan korun əməlinə bənzəyir.

Beləliklə, hələ ki, hansı məzhəbə qulluq etdiyi məlum olmayan Nikol bu dəfə də tədbirdə dünya ictimaiyyətinin diqqətini erməni tərəfinin özünün həll etməyə tələsmədiyi problemlərə yönəltməyə çalışıb. (...əslində həll etmək qabiliyyətində də deyil- A.B.) Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən danışan Paşinyan Azərbaycanı “sistematik olaraq” atəşkəsi pozmaqda “günahlandırıb”. Amma tülkü xislətli erməni əsgərlərinin hərəkətləri barədə susub. Əvəzində “Sülhə bağlılığından”, nəqliyyat kommunikasiyalarını açmaq istəyindən danışıb. (...hə, cibinin ağzını bir az böyük aç- A.B.)

O, Azərbaycanla ünsiyyətin bərpası barədə bir söz deməyib, ancaq İrəvanın ilk növbədə Türkiyə ilə nəqliyyat əlaqəsinin bərpasında maraqlı olduğunu bildirib.

Təbii ki, erməni ola və orada yalan olmaya... Məhz bu mənada Paşinyanın çıxışı yalan ittiham və yöndəmsiz bəhanələrlə dolu olub. Məsələ bundadır ki, Qarabağda hərbi əməliyyatlar bitdikdən 10 ay sonra İrəvan münaqişənin nəticələrini aradan qaldırmağa kömək edəcək və problemlərin həllini qeyri -müəyyən müddətə təxirə salmayacaq tək bir real təşəbbüslə öyünə bilməz. Lakin bu, Paşinyanın Bakını qeyri -insani olmaqda sonsuz ittiham etməsinə mane olmur. Nikolun, əvvəlki həmkarları kimi, Azərbaycana qarşı guya xalqların öz müqəddəratını təyin etmək hüququnu güc tətbiq etməklə pozduğuna dair hər hansı bir ittihamı da mənasızdır.

Bundan əlavə, Nikolun ATƏT-in Minsk Qrupunun himayəsi altında Bakı ilə İrəvan arasında dialoqu bərpa etməyə hazır olduğunu bəyan etməsi, burada boğulanın saman çöpündən can diləməsinə bənzəyir.

...Amma deyim ki, Nikol çıxışı zamanı haşiyə çıxaraq, iki dəfə parlament seçkilərində qalib gəldiyni bəyan edərək, özünə tərif deməyindən də qalmayıb.

...Necə deyərlər, “Molla Nəsrəddin məktəbi böyük mək... eyyy, erməni xisləti, doğurdan da, danılmaz xislətdir”...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...